Prokurorluq hesabat verdi: 6 ayda 15 420 cinayət törədilib

Azərbaycanda bu il birinci yarısında 15 420 cinayət qeydə alınıb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Geniş Kollegiya iclasında bildirilib.

Bu cinayətlərin 90,7%-nin açılması təmin edilib. 

Ümumilikdə ölkə üzrə cəmi 7893 cinayət işinin istintaqı tamamlanıb ki, onlardan da 470-i prokurorluq orqanlarında istintaq edilib.

Prokurorluq orqanları 269, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərib.

Arzu Paşaqızı