Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı

Bakı şəhərinin Xətai və digər rayonlarında yerləşən marketlərdən silsilə oğurluqlar edilib.
Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə xüsusi maskalarla kamuflyaj olunaraq 10-dan artıq marketi talayıblar. Onlar həmin marketlərdən 6 min manat dəyərində tütün məmulatı, ödəmə terminalları və kassalardan ümumilikdə 44 min 500 manata yaxın nağd pul vəsaitini ələ keçiriblər.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində talama cinayətlərini törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuşlar – 25 yaşlı Ərəstun Məmmədov və həmyaşıdı Rəhman Məhərrəmov saxlanılıblar.
Onların törətdikləri cinayət əməlləri təhülkəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI