Polis Bakıda ƏMƏLİYYAT keçirdi narkotiklərlə əlaqəli 115 fakt aşkarladı

0

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən odlu silah-sursatların aşkarlanması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

İyul ayı ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 6 kiloqramdan artıq müxtəlif növ narkotik maddə və psixotrop maddələr çıxarılıb. Aşkar olunan faktlarla bağlı İdarənin İstintaq Şöbəsində Cinayət İşləri başlanılıb, araşdırmalar davam etdirilir.
Həmçinin, ötən ay vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq 6 odlu silah, o cümlədən 4 “Kalaşnikov” avtomatı, 2 “Makarov” tapançası və 43 ədəd patron polis əməkdaşlarına təhvil verilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir