Odlu silah satmaqda şübhəli bilinən Yevlax rayon sakini saxlanılıb
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərı nəticəsində odlu silah satmaqda şübhəli bilinən rayon sakini saxlanılıb.
Bu barədə “Turanın səsi “ nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə odlu silah satmaqda şübhəli bilinən rayon sakini İlkin Əliyev saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki torbaya baxış keçirilərkən 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 9 ədəd patron aşkar edilərək götürülüb. Həmçinin onun üzərindən güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Dindirilmə zamanı İ.Əliyev silahı rayon ərazisindən tapdığını və 2300 manat müqabilində şəxsiyyəti istintaqla araşdırılan bir nəfərə satmaq istədiyini bildirib.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ
AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ
NÖMRƏMİZİN WhatsApp ÜNVANINA
GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09