Ödəmə terminalından 10 min manat oğurluq edən şəxs saxlanılıb

Ağcabədidə ödəmə terminalından oğurluq edən şəxs saxlanılıb

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazalardan birində olan ödəmə terminalından 10225 manat və müşahidə kamerasının yaddaş qurğusunun oğurlanması barədə məlumat daxil olub.

Keçirilmiş tədbirlər nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zahir Puri saxlanılıb. Onun yaşadığı ünvandan oğurladığı pulun bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI