Nizami rayonunda yaşadığı evdə tiryəkxana təşkil edən qadın və daha 2 nəfər saxlanılıb

0

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat nəticəsində yaşadığı evdə tiryəkxana təşkil edən Günay Məmmədova saxlanılıb. Onun üzərindən və Nizami rayonunda yaşadığı evdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. G.Məmmədovanın evində narkotik vasitələrin qəbulu və paytaxt ərazisində narkokuryerliklə məşğul olan daha iki nəfər-Elçin Mirzəyev və Teymur Orucov da saxlanılaraq istintaqa cəlb ediliblər. Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin istintaq şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

11 sentyabr 2022-ci il

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir