Nizami rayonunda narkotikin satışı ilə məşğul olan 2 nəfərdən heroin və marixuana aşkar olunub
Nizami rayonunda narkotiklərin satışı ilə məşğul olan 2 nəfərdən
8 kiloqrama yaxın heroin və marixuana aşkar olunub
Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Polisə Elnur adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs – Elnur Sultanov tutularaq Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 bükün heroin aşkar edilib. Saxlanılan şəxs tanışı Hikmət Səmədovun tapşırığı ilə Nizami rayonu və paytaxtın digər ərazilərində narkokuryerlik etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Hikmət Səmədov da qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib. Sonuncunun idarə etdiyi avtomobildən 2 kiloqram 668 qram heroin və 5 kiloqramdan artıq marixuana aşkar olunub. Hikmət Səmədov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Baba” adlı şəxsdən Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.
Aşkar edilən faktlarla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
12 yanvar 2023-cü il.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09