Naxçıvanda yararsız at əti mal əti adı altında restoranlara satılırmış

0

Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlara tədarük etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Rayon polis idarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən  tədbirlərlə rayon sakinləri – Araz Cəfərli və İlyas Abbasov saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Davam etdirilən tədbirlərlə ət tədarük olunan obyektlər müəyyən edilərək qida üçün yararsız məhsullar satışdan çıxarılıb.

Faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

⤵️

⤵️

⤵️

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir