Narkotik vasitə qəbul edib sükan arxasına əyləşdi və qəza törədi
Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha bir sürücü müəyyən edilib.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Belə ki, Bülbülə qəsəbəsində yaşayan Fuad Əsgərliyə idarə etdiyi “VAZ 2106” markalı avtomobilin sükanı arxasında olan zaman “saxla” işarəsi verilib. Sürücü yol polislərinə tabe olmayıb və avtoxuliqanlıq edərək hərəkətini davam etdirib. Ramana qəsəbəsində Fuad Əsgərli idarəetməni itirib və avtomobili “Mersedes” markalı başqa avtomobilə vuraraq qəza törədib. İlkin sorğu zamanı sürücü nəqliyyat vasitəsini narkotik vasitə qəbul edərək idarə etdiyini bildirib. Təyin olunan ekspertizanın nəticəsində Fuad Əsgərlinin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu bir daha sübuta yetirilib. Həmçinin aparılan araşdırmalar zamanı sürücünün idarəetdiyi avtomobilin dövlət nömrə nişanını da dəyişdiyi və Suraxanı rayonunda dəfələrlə avtoxuiliqanlıq hərəktləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu müəyyən edilib. Sürücü barəsində protokol tərtib olunub. Fuad Əsgərlinin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
20 dekabr 2022-ci il
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09