Naringinin içərisində həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

0

Naringinin içərisində həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb. “Turanın səsi ” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti məlumat yayıb.

Qeyd olunub ki, Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 120.2.11; 181.3.3; 221.3; 228.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elçin Mirheydər oğlu Cavadova gətirilmiş sovqata baxış keçirilən zaman orada olan naringinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 4,772 qram olan narkotik maddə – heroin, ümumi çəkisi 0,791 qram olan narkotik maddə – marixuana, ümumi çəkisi 2,138 qram olan psixotrop maddə – metamfetamin və ümumi çəkisi 0,04 qram olan metadon həbi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir