Müdafiə Nazirliyinin 143 milyonluq məhkəmə işi davam edir 

0

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

turaninsesi.az” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vüsal Əlizadənin Nəsimi rayonunda yerləşən mənzilinin ipotekada olub-olmaması ilə bağlı banka göndərilən sorğunun cavabı proses iştirakçlılarının nəzərinə çatdırılıb.

Hakim Fikrət Əliyev bildirib ki, bank mənzilə qarşı heç bir iddianın olmadığın, hətta iddiadan imtina olunması bağlı məhkəməyə ərizə göndərildiyini qeyd edib.

Daha sonra təsirləndirilən Vüsal Əlizadənin vəkili məhkəmədən sözügedən mənzilin üzərində olan həbsin götürülməsi və əmlakın dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi məqsədilə satılması barədə vəsatət qaldırıb.

Vəsatət təmin olunub.

Bundan sonra təqsirləndirilən Bayram Bayramov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən 2022-ci ilin fevral ayında başladılan məlum cinayət işinin istintaqı zamanı verdiyi ifadəsinə əlavələr olduğunu bildirib.

Təqsirləndirilən şəxs bildirib ki, 2018-ci ilin fevral ayından 2019-cu ilin noyabr ayınadək “N” saylı hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində xidmət edib və həmin müddət ərzində, ümumilikdə, 524.184 manat vəsait kənarlaşdırıb: “Mən 2018-ci ildə 270482 manat, 2019-cu ildə isə 253702 manat vəsaiti əldə etmişəm. Lakin Maliyyə Nazirliyinin yoxlaması aktında əlavə kənarlaşdırılmış məbləğlər göstərilib. Bu halın baş verməsi qeyr-mümkündür. Bu məbləğin mənimsənilmədiyini Süleyman Abbasov öz ifadələrində bildirib”.

Təqsirləndirilən Bayram Bayramov 2019-2021-ci ldə Beyləqanda “N” saylı hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində çalışdığı dövr ərzində isə 378 7341 manat vəsaitin kənarlaşdırıldığını bildirib: “Maliyyə Nazirliyinin yoxlama aktında 719328 manat qanuni ödənilən məbləğ kənarlaşdırılan məbləğ kimi göstərilib. Bu, ola bilməz. Bunu maliyyələşmə şöbəsinin rəisi Sadıq Sadıqov və maliyyə hissə rəisi Elmin Bəyəndikli ifadəsində təsdiqləyib”.

Təqsirləndirilən Bayram Bayramovun sözlərinə görə, 2 il ərzində hərbi hissədə əlavə xərclərin ödənişini də o həyata keçirib. Sözügedən əlavə xərclərə hərbi hissə komandirinin yeməkxana xərcləri, hərbi hissəyə gələn qonaqların və digər xərclərin ödənilməsi üçün ayda 2 min manat olmaqla 48 min manat ödəniş həyata keçirilib.

O bildirib ki, hərbi hissəyə lazım olan məhsulları sürücü götürüb. Həmçinin rayonda kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan təsərrüfatçıya 2 il ərzində ayda 5 min manat olmaqla 120 min manat ödəniş həyata keçirilib: “2018-ci ilin fevral ayında polkovnik Xalid Məmmədov hərbi hissə komandiri oldu. Təkcə bu 3 ay ərzində onun aylıq xərci 6 min manat idi. Ümumilikdə 18 min manat verilib. Bu xərclər polkovnik Xalid Məmmədovdan sonra komandir olan polkovnik Rəşad Salmanova da şamildir. Onun da aylıq xərcləri 6 min idi. Xalid Məmmədovun xərclərinə 18 min, Rəşad Salmanov xərclərinə 18 ayda 108 min manat verilib”.

İfadədən sonra təqsirləndirilən Bayram Bayramov məhkəməyə vəsatətlə müraciət edib. O, ifadəsində adlarını çəkdiyi şəxslərin dindirilməsini istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən Bayram Bayramovun qaldırdığı vəsatətlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Hakimlər dövlət ittihamçısının istəyini nəzərə alıblar.

Məhkəmənin növbəti prosesi 25 oktyabra təyin olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir