Mingəçevirdə qadının çantasından külli miqdarda heroin aşkarlanıb
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın saxlanılıb.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Zemfira Xəlilovanın üzərində güclü təsiredici narkotik vasitə daşıması barədə şöbəyə əməliyyat məlumatı daxil olub. Keçirilmiş tədbirlərlə həmin qadın saxlanılıb və şəxsi axtarış zamanı onun əl çantasından külli miqdarda heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı Zemfira Xəlilovanın narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla 500 manata aldığı məlum olub.
Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb və Z.Xəlilova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun ətrafında əməliyyat-istintaq tədbirləri dvam etdirilir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09