Mehdiabad sakini aliment borcuna görə öldürülüb

İyunun 10-də saat 21 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində qəsəbə sakini 1988-ci il təvəllüdlü Sultan İsrafil oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “turanın səsi ” nə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, S.Əliyevin keçmiş qayını 1991-ci il təvəllüdlü Hüseyn Məmməd oğlu Qasımov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə tərəflər arasında münaqişə aliment borc öhdəliyi ilə əlaqəli olub.

Araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir