Masallıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Mahmudavar kənd sakini olan bir qadın 700 manat pulunun soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat verib.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən rayonun Əhmədli kənd sakini Rüfət Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, həmin şəxs şəhər ərazisində alış-veriş edən qadının əlindəki torbada pul olduğunu görüb və onu yaşadığı ünvana qədər izləyib. Həmin qadın yaşadığı evə daxil olmaq istəyərkən R.Əliyev həmin pulu soyğunçuluq yolu ilə ələ keçirərək oradan uzaqlaşıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09