Masallı sakinindən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanıb

0

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Tədbirlərlə 33 yaşlı Nizami Şahbazzadə saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ondan 7 kiloqram marixuana, əlavə olaraq metamfetamin aşkarlanıb.
Araşdırmalarla onun narkotikləri satış məqsədilə şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Şahbazzadə barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir