Məcburi köçkün şəhərciyində narkoalver: 2 nəfər həbs olundu

Cəbrayıl şəhərciyində polisin növbəti narkotik əməliyyatı: 2 nəfər həbs edildi

Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən şübhəli bilinən Fərrux Cahangirov və Gilənar Quliyeva saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq marixuanatiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlar barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI