Lənkəran sakinindən 5 kiloqramdan artıq narkotik aşkarlanıb
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirləri zamanı şəhər sakini olan Ümid Əkbərli və Mübariz Kərimov saxlanılıblar.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və 2 ədəd elektron tərəzi aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı nəticəsində həmin şəxslərdən aşkarlanan narkotik vasitənin Lənkəran şəhər sakini Hüseyn Cavadovdan əldə edildiyi müəyyən olunub. Polis əməkdaşları tərəfindən saxlanılan H.Cavadovun üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq heroin və 1 kiloqram 160 qram marixuana aşkarlanaraq götürülüb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ümumilikdə isə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı son 1 həftə ərzində 16, cari ilin əvvəlindən isə 32 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqram heroin, 3 kiloqram 260 qam marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
⤵️
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09