Kvadrokopterlə narkotik keçirtmək cəhdi alınmadı

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Martın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI