Kürdəmirdə iki mağazalardan oğurluq edən şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki mağazadan oğurluq etməkdə şübhəli bilinən rayonun Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Ramal Şirinov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib

Araşdırmalar zamanı məlum olub ki, R.Şirinov rayon ərazisində yerləşən mağazalara gecə saatlarında daxil olaraq, oradan 860 manat pul, 400 manat dəyərində danışıq kartları və 949 manat dəyərində tutun məmulatları oğurlayaraq zərərçəkmişlərə ümumillikdə 2209 manat maddi ziyan vurub.
Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onun digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD

OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir