Kiberpolis 20 nəfəri cinayət başında yaxaladı

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə onlayn qanunsuz qumar və mərc oyunlarının təşkilinə qarşı mübarizə davam etdirilir.

turaninsesi.az ” xəbər verir ki, qanunsuz onlayn qumar və mərc platformalarına ölkə ərazisində mövcud olan hüquq qaydalarına zidd olaraq qoşulan istifadəçilər müəyyən edilib. 

“Pinup”, “Mostbet”, “Xbet”, “Chcplay”, “fastloto” və digər bu kimi qanunsuz onlayn qumar saytlarına mütəmadi daxil olan, eləcə də həmin oyunlarda iştirak edən Zahid Abdullayev, Rahib Kərimov, Ramin Hüseynov, Nihat İsrafilov, Gülməmməd Əzimov, İlqar Hüseynov, o cümlədən daha 14 nəfər müəyyən edilib. Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

Arzu Paşaqızı