Keçmiş icra başçısının həbs cəzası azaldıldı
Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun növbəti Apellyasiya məhkəməsi keçirilib.
“turaninsesi.az” xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim son qərar verib.
Qərara əsasən, apellyasiya qismən təmin edilib, A.Məmmədovun həbs cəzası 10 il 6 aya endirilib.
A. Məmmədova Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 11 il 6 ay həbs qərarı verilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI