“Kalaşnikov” gəzdirən keçmiş məhkum tutulub

Mingəçevirdə üzərində “Kalaşnikov” gəzdirən keçmiş məhkum tutulub
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə saxlanılan qanunsuz odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti tədbiri həyata keçirilib.

Bu barədə “Turanın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində Eldəniz adlı şəxsin üzərində odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına məlumat daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də törətdiyi cinayətlərə görə ümumilikdə 4 dəfə məhkum olunmuş Eldəniz Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində daşıdığı sellofan torbadan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 10 ədəd patron aşkar edilərək götürülüb. E.Əliyev ifadəsində silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq, polisə təhvil verməyərək özündə saxladığını bildirib.
İlkin araşdırma zamanı saxlanılan şəxsin silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir