Kafedə qumarxana təşkil edənlər saxlanıldı

Qaradağ Rayon Polis İdarəsinə (RPİ) Lökbatan qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Görülən tədbirlərlə qumar oyunlarını təşkil edən həmin obyektin sahibi 40 yaşlı Ural Hüseynov və daha 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.

U.Hüseynov barəsində Qaradağ RPİ-də istintaq araşdırmaları aparılır.

Digər şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI