İsmayıllı sakinlərindən 3 tüfəng götürülüb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən ov tüfəngləri aşkarlanaraq götürülüb.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakinləri- Bədəl Əliyev, Vüqar Nuriyev və Fəxrəddin Əliyevən müvafiq sənədləri olmayan “İJ”, eləcə də “TOZ” markalı tüfənglər aşkar edilib.
Həmin şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09