İranlı narkobaronun güdazına getdi – 11 kiloqram narkotiklə tutuldu

İrandan əldə etdiyi külli miqdarda narkotik vasitəni Azərbaycanda satışını təşkil etməkdə təqsirləndirilən İlkin Vaqif oğlu Əhmədovun cinayət işinin bəzi detalları məlum olub.

turaninsesi.az” xəbər verir ki, istintaqla müəyyən edilib ki, İlkin Əhmədov gəlir əldə etmək niyyəti ilə iranlı narkobaronla cinayət əlaqəsinə girib.

Belə ki, o, İran İslam Respublikasının vətəndaşı “Həsən” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb ki, külli miqdarda narkotik vasitəni satacaq.

İlkin Əhmədov “Həsən” adlı şəxsin sifarişi ilə paytaxtın Yasamal rayonu ərazisinə qoyulmuş külli miqdarda – 10 kiloqram 395 qram çəkidə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib.

Həmin narkotik vasitənin satışını həyata keçirmək üçün avtomobildə saxlayıb.

Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində İlkin Əhmədov ötən ilin avqustunda gecə saatlarında həmin ünvanda saxlanılıb.

Onun avtomobilinə keçirilən baxış zamanı avtomobilin arxa yük yerindən 10 ədəd bükümdə ümumilikdə – 11 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI