İrandan gələn maşında narkotiki elə yerdə gizlədiblər ki…

Yük nəqliyyat vasitəsinin yanğınsöndürən balonundan 2 kiloqram metamfetamin aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xiddmətindən “turaninsesi.az”-a daxil olan xəbərə görə, İran İslam Respublikasından Biləsuvar gömrük buraxılış məntəqəsi vasitəsilə ölkə ərazisinə daxil olan yük nəqliyyat vasitəsinə rentgen qurğusunun tətbiq edilməsi ilə həyata keçirilən gömrük baxışı zamanı və digər kompleks tədbirlər nəticəsində avtomobilin yanğınsöndürmə balonundan gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 2 kiloqram olan psixotrop maddə – metamfetamin aşkar edilib. 

Qaçaqmalçılıqda şübhəli bilinən sürücü və ölkə ərazisində cinayətin iştirakçısı olan digər şəxs saxlanılıb. 

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI