İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

0

Martın 20-də külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Araz çayının sahilində qamışlıq ərazidə 1 (bir) ədəd rezin qayıq aşkar olunub. Qayığa baxış zamanı ümumi çəkisi 102 kiloqram narkotik vasitə (89 kq 940 qr marixuana, 4 kq 660 qram heroin, 7 kq 400 qr metamfetamin) və 8010 ədəd narkotik tərkibli güclü təsiredici “Metadon M 40” həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir