İrandan Azərbaycana narkotik keçirilməsi cəhdi: Qarşısı alındı
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Hadisə “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həb götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI