İlhamə Elşadqızı haqda son xəbər: Məhkəmə həbsinə qərar verdi

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ etməkdə ittiham olunan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

turaninsesi.az” xəbər verir ki, bu tədbirlər çərçivəsində saxlanılanlardan biri, özünü şair kimi təqdim edən İlhamə Elşadqızı həbs olunub.

Yasamal rayon Məhkəməsində onun barəsində həbs qərarı çıxarılıb. İ. Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların da barəsində həbs qərarı çıxarılıb.

Şair İlhamə Elşadqızı “azerzahid6669966” adlı istifadəçi tərəfindən “TikToker”lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI