“İdeal” sədrinə 8 il həbs cəzası verildi

“İdeal” saytı və eyni adlı partiyanın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“turaninsesi.az” xəbər verir ki, hökmə əsasən, o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
N. Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə); 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə); 182.2.2 (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) və 182.2.4 (hədə-qorxu ilə tələb etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə İftixar Həsənov, Səlfəddin Şirinov, Natiq Zeynalov, İlahə İlyasova və Cəlaləddin Cəfərov zərərçəkmiş qismində tanıdılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI