Himayəsində yaşadığı şəxsi bıçaqlayıb öldürüb: Saatlıdakı qətlin təfərrüatları

Saatlıda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Turanın səsi ” in məlumatına görə, hadisə 4 iyun, gecə saat 01:00 radələrində Saatlı şəhəri, Axundov küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Nərimanzadə Kənan Ehtiram oğlu aralarında yaranmış mübahisə zamanı xalasının əri, 1978-ci il təvəllüdlü İsmayılov Elşad Tofiq oğluna yaşadıqları evdə çoxsaylı bıçaq xəsarətləri yetirib.

Sərxoş olan E. İsmayılov hadisə yerində keçinib. Məlumata görə, K. Nərimanzadə uşaqlıqdan anasını itirdiyi üçün xalasının himayəsində yaşayıb.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Kənan Nərimanzadə prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir