Hərbi komissara 4 ay həbs – İttiham məlum oldu
İmişli rayonunun saxlanılmış hərbi komissarı Xəyyam Babayevə irəli sürülən ittihamlar məlum olub.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Babayev Xəyyam Mirzə oğluna Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilib.
Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI