Həkim xəstəni döydü

Cəlilabadda həkim xəstəni döyüb.

turaninsesi.az” xəbər verir ki, hadisə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki, rayonun Uzuntəpə kənd sakini 1966-cı il təvəllüdlü Füzuli İmanov 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün xəstəxanaya aparıb.

Nəvələrdən birinin səhhəti ağırlaşdığını görən baba, Davud adlı həkimdən kömək istəyib. Lakin bu zaman o, həkimin müqaviməti ilə üzləşib. Füzuli İmanov həkim tərəfindən təpiklə döyülərək otaqdan xaric olunduğunu deyir.

Artıq zərərçəkən məsələ ilə bağlı rayon prokurorluğuna müraciət edib. Hadisənin kadrları təhlükəsizlik kameralarına da düşüb.

Faktla bağlı araşdırma aparılır

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI