Gizli telefon alveri gömrükçülər tərəfindən ifşa olundu – FOTO

Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində “Mazımqara” gömrük postuna daxil olmuş yük nəqliyyat vasitəsinin üzərindəki minik avtomobilinə gömrük baxışı keçirilib.

Bu barədə “turaninsesi.az“-a Komitədən məlumat verilib. Yoxlama zamanı minik avtomobilinin ön və arxa qapılarının örtüklərinin arxasında gizlədilmiş 140 ədəd müxtəlif markalı mobil telefon və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.