“Formula-1”in pulunu mənimsəmiş şəxsə cəza istənildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“turaninsesi.az” xəbər verrir ki, o, 3 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Prokuror çıxşında təqsirləndirilənin məhkəmə zalında həbs edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.
Məhkəmənin növbəti iclası martın 13-ə təyin olunub.
Çingiz Mehdiyev Formula-1 oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI