Ev dustaqlığında olan şəxs yenidən cinayət əməli törətdiyi üçün həbs olunub

Lənkəran şəhər sakini olan bir nəfər DİN-in “102” xidməti zəng mərkəzinə müraciət edərək gecə saatlarında naməlum şəxs tərəfindən pul və mobil telefonunun açıq talama yolu ilə alındığını bildirib.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli tərətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun sözügedən hadisədən bir neçə gün əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluq əməlinə görə saxlanılan, həbs olunmasından ötrü məhkəməyə vəsatətlə müraciət edilsə də, məhkəmə tərəfindən humanistlik göstərilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Riyad Əlizadə olduğu müəyyən edilib. Saxlanıldıqdan sonra həmin şəxsin üzərindən narkotik vasitə heroin və soyğunçuluq yolu ilə ələ keçirdiyi mobil telefon aşkarlanaraq götürülüb. Bununla bağlı R.Əlizadənin həbs olunmasından ötrü təkrarən rayon məhkəməsinə vəsatətlə müraciət edildikdən sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir