Evə soxuldu, mənzili yandıracağı ilə hədələyib 47 300 manat apardı
Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.
Bu barədə “turaninsesi.az ”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, naməlum şəxs rayon ərazisində mənzillərdən birinə qanunsuz daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib. O, bu yolla evdən 33400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb. sydney sweeney american eagle ad
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Arzu Paşaqızı