Əməliyyat keçirildi ! Bir neçə dəfə məhkum olunmuş şəxs bu dəfə də başqa səbəbdən tutuldu
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs tutulub.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, şöbəyə Mingəçevir şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluğa görə bir neçə dəfə məhkum olunmuş Yusif Ağayevin üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilmiş tədbirlər nəticəsində o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “TT” markalı tapança, 8 ədəd patron və sandıqca aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il əvvəl tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib. Y.Ağayevdən götürülən tapança və patronlar ekspertizaya təqdim olunub, ekspertizanın da rəyinə əsasən silahın atəşə yararlı olduğu müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI