Əfsanəyə hökm oxundu: “Qayınanam 10 dəqiqə müqavimət göstərdi…” – QƏTLİN TƏFƏRRÜATI

ARB-nin efirində qayınanası, 1962-ci il təvəllüdlü Faxrəndə Həsən qızı İbrahimovanın 2020-ci ilin fevral ayının 23-də itələməklə ölümünə səbəb olması barədə verdiyi açıqlamadan sonra saxlanılan Ağcabədi şəhər sakini Əfsanə Cəfərova ilə bağlı məhkəmə qərar verib. 

Turanın səsi ” in məlumatına görə, məhkəmədə 1997-ci ildə il tarixdə Ağcabədi şəhərində doğulmuş, Cinayət Məcəlləsinin 297 və 307.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilən Əfsanə Cəfərova cinayət hadisəsi ilə bağlı danışıb.

O, ərinin əmisi oğlu Seymur Cəfərovun 2015-ci ildən mövcud olan intim münasibətinin aşkara çıxmaması üçün 23 fevral 2020-ci il tarixdə gecə saat 01.00 radələrində ailə üzvləri ilə birgə yaşadığı Ağcabədi şəhəri, Xan Şuşinski küçəsində yerləşən 62 nömrəli fərdi yaşayış evində 1962-ci il təvəllüdlü qayınanasını boğaraq tənəffüs yollarını davamlı qapamaqla qəsdən öldürdüyünü etiraf edib: 

“Mərhum Faxrəndə İbrahimovanın oğlu Elşad Cəfərovla 2012-ci ilin noyabr ayında qanuni nikaha daxil olub ailə qurmuşam. 2023-cü ildə Elşadla Ağcabədi rayon məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanmışam və həmin vaxtdan övladları ataları ilə birgə yaşayırlar. 22 fevral 2020-ci il tarixdə saat 23.00 radələrində Seymur yaşadığımız evin yerləşdiyi küçəyə gəlib. Həmin vaxt evdə məndən başqa övladlarım – Tuncay və Mehman, eləcə də qayınanam Faxrəndə olub. Elşad isə pul qazanmaq məqsədilə Bakı şəhərində işləyirdi. Seymur mənə zəng edərək artıq yaşadığım məhəlləyə gəldiyini dedi. Seymura yataq otağının pəncərəsinə yaxınlaşmasını və onu pəncərədən evə salacağını bildirdim. Həmin vaxt yataq otağında övladlarım da yatırdı. Faxrəndə isə qonaq otağında olan divanda yatmışdı. Seymur yataq otağının pəncərəsinə yaxınlaşdı və ona kömək edərək pəncərədən otağıma saldım. Daha sonra otağın işıqlarını yandırmadan Seymurla bir-birimizi görmək üçün mobil telefonunun işığını yandırmaq qərarına gəldim. Lakin telefonunun şarjı az olduğundan qayınanam Faxrəndənin yatdığı qonaq otağında, televizorun yanında olan şarj cihazını götürmək məqsədilə qonaq otağına getdim. Qonaq otağına keçəndə Seymur da arxamca çıxdı, qonaq otağında daxil olanda qayınanam ayılıb məni gördü. Nə axtardığımı soruşdu, telefonun şarj cihazını axtardığını dedim. Bu zaman Faxrəndə arxada kiminsə olduğunu hiss edib başını çevirəndə Seymuru gördü. Elə bu anda Seymur qəfildən divanın üzərində olan yastıqlardan birini götürüb Faxrəndənin üzünü tutaraq onu boğmağa başladı. Təxminən 5-10 dəqiqə ərzində Faxrəndə müqavimət göstərdi, daha sonra hərəkətsiz vəziyyətdə arxası üstdə uzanıqlı vəziyyətdə yerində qaldı”.

Əfsanə Cəfərova daha sonra bildirib ki, onlar Faxrəndənin artıq öldüyünü başa düşüblər, Seymur cinayətin üstünü örtmək məqsədilə ona təkliflər verməyə başlayıb: 

“Seymur Faxrəndənin meyitini aparıb həyətdəki pilləkənlərin üstünə qoyaraq, guya sonuncunun ayaqyolundan gələrkən başının gicəllənməsi və yıxılaraq başının daş pilləkənlərə dəyməsi səbəbindən ölməsi görüntüsü yaratmaq lazım olduğunu bildirdi. Seymurdan növbəti gün necə olacağını, nə edəcəyini soruşduqda o bir qədər düşündü və ertəsi gün yuxudan oyanan kimi gecə paltarı ilə küçəyə qaçıb qonşuları səsləməyi və qayınanamın həyətdəki pilləkənlərin üzərində ölmüş vəziyyətdə olması ilə bağlı qışqır-bağır salmağımı istədi”.

Əfsanə Cəfərova Seymurun dediyi kimi 23 fevral 2020-ci il tarixdə, səhər saat təxminən 09.00 radələrində qayınanasının guya yıxılıb həyətdə qalması ilə bağlı hay-haray salmaq məqsədilə yaşadığı evin həyətindən çölə çıxıb. Bundan sonra qonşusu Nazim həyətə gələrək meyitin pilləkənlərin üstündə qaldığını görüb. Sonra isə təcili yardıma, eləcə də qonşulara məlumat verib. Hadisə yerinə gəlmiş qohumlarının və qonşuların köməkliyi ilə qadının meyitini qonaq otağında döşəmə üzərinə uzatmaqla üstünü örtüblər. Təxminən 5-10 dəqiqə sonra təcili tibbi yardım briqadasının həkimləri gələrək Faxrəndəni müayinə edib və artıq öldüyünü deyiblər. Meyit dəfn olunub və 2022-ci ilin fevral ayınadək həmin cinayət bağlı qalıb.

Əfsanə Cəfərova əməlindən çox peşman olduğunu, himayəsində iki azyaşlı övladının olduğunu, atasının vəfat etdiyini, ailəsinin yeganə qazanc mənbəyi olduğunu, xəstə anasına baxdığını nəzərə alaraq barəsində olan Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə və digər maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəzanın təyin edilməsini məhkəmədən xahiş edib.

Məhkəmənin hökmü ilə Əfsanə Cəfərova 2 il 11 ay 29  gün müddətinə azadlıqdan məhrum edilib. Cəzaçəkmə müddətinin başlanğıcı 1 noyabr 2023-cü il tarixdən hesablanıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir