“ƏDV dələduzluğu”: 1,2 milyonluq mənimsəmə

“ƏDV dələduzluğu”nda ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqının vaxtı bəlli olub. 

turaninsesi.az” xəbər verir ki, Maliyyə Nazirliyinin zərərçəkmiş qismində tanındığı bu cinayət işi üzrə məhkəmə hazırlıq iclası yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək. 

Cinayət işi üzrə təqsirləndirilən şəxslər Əliyev Rasim Serqey oğlu, Bağırov Rəşad Füzuli oğlu, Yunin Aleksey Sergeyeviç, Tağıyev Rəşad Gündüz oğlu, Lətifov Müşviq Niymət oğlu və İsmayılzadə Cavid İsrafil oğludur. 

Onlar Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2 və 177.4 (mütəşəkkil dəstə tərəfindən külli və xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 202.2-ci (külli miqdarda ziyan vurmaqla kommersiya sirri olan məlumatları qanunsuz yolla yayma) maddələri ilə ittiham edilir. 

İttihama görə, adıçəkilən şəxslər 2023-2024-cü illər ərzində müxtəlif sahibkarlıq subyektləri barədə məlumatları və nəzarət-kassa aparatlarını qanunsuz yolla ələ keçirdikdən sonra istifadə edib yaymalarına, əmtəəsiz əməliyyatlar edərək ayrı-ayrı şəxslərin adlarına “ƏDV geri al” portalları açılması yolu ilə həmin portallara gizli yolla köçürdükləri ümumilikdə 1 milyon 120 min manatdan artıq pul vəsaitini talamalarına, bu üsulla da əldə edilmiş pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək üçün maliyyə əməliyyatları etməklə törədilən cinayətdən xəbərsiz digər şəxslərin bank kartlarına köçürüb. 

İş üzrə Maliyyə Nazirliyi zərəşəkmiş qismində tanınıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI