DİN və DSX birgə əməliyyat keçirib, 6 kiloqram marixuana, 1800 ədəd metadon həbi dövriyyədən çıxarılıb

0

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətindən “Turanın səsi ” nə verilən məlumata görə, Biləsuvar rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı şərti adı N.B olan şübhəli şəxs saxlanılıb. Onun üzərindən 6 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 1800 ədəd metadon həbi aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir