DİN KMBİ tərəfindən “Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb

0

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində “2024 Formula 1 Azərbaycan Qran-Prisi” yarışlarına saxta biletlər hazırlayaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş Elmar İsrafilov saxlanılıb.

Bu barədə “turaninsesi.az“-a ” Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Müəyyən edilib ki, bu şəxs “Instagram” sosial şəbəkəsində yaratdığı profillərdə onlayn qaydada məlumatları dəyişdirilmiş saxta biletlər yerləşdirərək satışı ilə məşğul olub. E.İsrafilov bu yolla 30 nəfərdən artıq şəxsə saxta bilet sataraq maddi gəlir əldə edib. Aparılan əməliyyat-texniki tədbirlər zamanı saxlanılan şəxsin törətdiyi hüquqazidd əməllər tam sübuta yetirilib.
Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
Sonda bir daha qeyd edək ki, “Formula 1 Azərbaycan Qran-Prisi”ni canlı izləmək istəyən şəxslərə biletləri yalnız yarışın rəsmi internet ünvanı, digər partnyor sayt və satış məntəqələrindən əldə etmələri tövsiyə olunur.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir