DİN-in polis əməkdaşlarının paytaxda və ölkə ərazisində keçirdiyi əməliyyatlar

Gədəbəy Rayon Polis Şöbəsinə Çökək Yurd adlanan ərazidə Çanaqçı və Nərimankənd kənd sakinləri olan 3 nəfərə məxsus 46000 manat dəyərində ümumilikdə 41 baş inəyin oğurlanması barədə müraciətlər daxil olub.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Abdurrəhmanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.


Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Masallı rayon sakini Y.Əmiraslanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 15 qrama yaxın marixuana və 5 qrama yaxın metadon aşkar edilib. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “VAZ-2107” markalı avtomobildən isə əlavə 2 kiloqramdan artıq marixuana götürülüb.


Sabirabad Rayon Polis Şöbəsinə Qarağac kənd sakini olan bir qadının və övladlarının öldürüləcəkləri ilə hədələnmələri barədə müraciət daxil olub.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən həmin qadının qaynı R.Süleymanov müəyyən edilərək saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir