DİN -in polis əməkdaşları tərəfindən uğurlu əməliyyatlar

Avqustun 23-də saat 13 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində Abşeron rayon sakini S.Tağıyev idarə etdiyi “Toyota” markalı avtomobili beton arakəsməyə vurub. Nəticədə hadisə zamanı avtomobildə olan 1 yaşlı Tuncay Quliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Avqustun 23-də saat 12 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində şəhər sakini S.Namazov idarə etdiyi “Azsamand” markalı avtomobillə yolu keçən Günay Babayevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Sumqayıt ŞPİ-də araşdırma aparılır.

Avqustun 23-də saat 16 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Cəfərovun idarə etdiyi “Toyota” markalı avtomobillə Hacıqabul rayon sakini Samir Şıxalıyevin idarə etdiyi moped toqquşub. Nəticədə S.Şıxalıyev hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bakı şəhər BPİ və Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşa zor tətbiq edib mobil telefonunu və qol saatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İ.Əliyev, K.Nəsirov və əvvəllər məhkum olunmuş C.Nəhmədov saxlanılıb.

Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sulutəpə qəsəbəsində yerləşən evlərin birindən 2000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Bayramov və P.Səlimov saxlanılıb.

Avqustun 23-də saat 15 radələrində Salyan şossesində yerləşən evlərin birində naməlum şəxsin xuliqanlıq zəminində orada yaşayan A.Əhmədova bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub. Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Popov saxlanılıb.

Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşa məxsus 1500 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Y.Rzayev saxlanılıb.

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus 4 evdən və 1 avtomobildən qaz sobası, məişət əşyaları, su mühərriki, 2 ədəd dəmir qapı və akkumulyator oğurlamaqda şübhəli bilinən Salyan şəhər sakini əvvəllər məhkum olunmuş T.Babayev saxlanılıb.

Avqustun 23-də saat 16 radələrində Qusar rayonunun Samur qəsəbəsinin ərazisində Salyan rayon sakini E.Salahov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı İsmayıl Şahini vurub.Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir