DİN-in mətbuat xidmətinin məlumatı

0

Oğurluq

Bakı şəhər sakini olan bir qadının bank hesabından 2000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini Taleh Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Dekabrın 13-də Binəqədi rayonunun

S.S.Axundov küçəsində Bakı şəhər sakini Cəbrayıl Qarayev yıxılaraq kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dekabrın 19-da orada ölüb.
Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun dekabrın 12-də saat 18 radələrində həmin küçədə “JAC” markalı avtomobillə vurulması müəyyən olunub. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Ələddin Bağırov saxlanılıb.
Araşdırma aparılır.


Avtomobil qaçırma

Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini H.Əhmədova məxsus “Forland” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Tural Rəhimov avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.


Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb.
Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir