DİN-in mətbuat xidmətinin məlumatı

0

Dekabrın 4-də saat 18 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Məmmədov idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ramilə İbrahimovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Oğurluq


Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında otaqların birində orada işləyən 5 nəfərin 1000 manata yaxın pullarının və mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polsə məlumat daxil olub.
Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini Nadir Ağamaliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Oğurluq


Bakı şəhər sakini G.Hüseynovanın bank hesabından 236 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Seyidzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Oğurluq


Nizami rayonu ərazisində yerləşən lombardların birindən girov qoyulan 2 ədəd mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Əbdürahibov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.


Oğurluq


Yasamal rayonu ərazisində Bakı şəhər sakini E.Bağırova məsus “Tufan” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Əligülzadə və Masallı rayon sakini Ümid Hüseynzadə müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakini A.Musayevin “Tufan” markalı mopedini oğurlamaları da müəyyən olunub.
Araşdırma aparılır.

Dələduzluq


Bakı şəhər sakini A.Ç-nı aldadan şəxsin hesabına pul köçürməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dələduzluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Əli Dadaşov saxlanılıb.
Araşdırmalarla onun daha 12 nəfəri aldadaraq dələduzluq yolu ilə hesasbına müxtəlif məbləğlərdə pul köçürməsi də müəyyən olunub.
Araşdırma aparılır.

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir