DİN-in mətbuat xidmətinin məlumatı

0

Dekabrın 2-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 95, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.


Yol-nəqliyyat hadisəsi


Dekabrın 2-də saat 7 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini E.Nuriyev idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən həmyerlisi Roza Gülməmmədovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.


Oğurluq


Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsində yaşayan bir nəfərin bank hesabından 5000 manatının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Taleh Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Oğurluq


Səbail RPİ-nin 9-cu Polis Bölməsinə Nizami küçəsində “Hyundai” markalı bir avtomobilin şüşəsinin sındırılaraq içərisində 400 manat, 100 ABŞ dolları və bank kartları olan cüzdanın oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Yevgeniy Varotnikov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Quldurluq

Dekabrın 1-də Xətai rayonu ərazisindəki köşklərin birindən 700 manat pulun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Mehdi Abbaszadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir