DİN-in mətbuat xidmətinin məlumatı

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov:
Noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırılma aparılıb. İctimai qaydanı pozan 5 şəxs barəsində müvafiq protokol tərtib olunaraq Gəncə şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin müvafiq qərarları ilə 2 nəfər 30, 1 nəfər 15, 2 nəfər 10 sutka müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki:

Dekabrın 2-də saat 19 radələrində İmişli rayonunda rayon sakini 1994-cü il təvəllüdlü İlkin Hüseynovun bıçaq xəsarətlərindən ölməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub.

Bu barədə “Turanın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Aparılan araşdırmalarla 2000-ci il təvəllüdlü, rayon sakini Xəyal Surxayev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İ.Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi tədbirlərlə X.Surxayev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir