DİN-in mətbuat xidmətinin məlumatı

0

❗️Qəsdən sağlamlığa ağır zərər vurma

Səbail rayonunda 2 yaşlı uşağın bıçaqlanması ilə bağlı bağlı polisə məlumat daxil olub.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

DİN Mətbuat Xidmətindən bildirilib ki, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb. Faktla əlaqədar CM-nin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

Noyabrın 23-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 139, o cümlədən borclu şəxs qismində axtarışda olan 122 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

❗️ Quldurluq

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə noyabrın 23-də saat 7 radələrində Binəqədi qəsəbəsi ərazisindəki marketlərdən birinə gələn şəxsin oradakı iki satıcını bıçaqla hədələyib quldurluq yolu ilə pul və ərzaq məhsulları talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dələduzluğa və soyğunçuluğa görə məhkum olunmuş Ramin Mirzəyev müəyyən edilərək saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

❗️ Oğurluq

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda pul ödəmə terminallarını müxtəlif üsul və vasitələrlə talayan şəxs müəyyən olunub.

Binəqədi rayonunda 2864, 1157, 4496 manat və Sabunçu rayonunda 800 manat olmaqla ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər quldurluğa görə məhkum olunan Qəzənfər Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma aparılır.


❗️ Oğurluq

Noyabrın 23-də Sabunçu qəsəbəsindəki evlərin birindən 760 manat pul və 3 ədəd mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunan Samit İsmayılzadə saxlanılıb.Araşdırma aparılır.

❗️Oğurluq

Sabunçu rayonunda 2 evdən, 1 həyətyanı sahədən və 1 mağazadan 4450 manat pul, qızıl əşyaları, məişət avadanlıqları və 800 manat dəyərində tütün məmulatlarının qeyri-aşkar şəraitdə talanması ilə bağlı polisə məlumatlar daxil olub.Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Sahil Mahmudov saxlanılıb.Araşdırma aparılır.
❗️ Narkotiklə əlaqəli cinayətlər

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Mirilyas Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 6 qramdan artıq heroin aşkar olunub.Davam etdirilən tədbirlərlə onun Nəsimi küçəsində gizlətdiyi 3 kiloqram marixuana da polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.


❗️ Oğurluq

Nərimanov rayonunda noyabrın 22-də gecə saatlarında mənzillərin birindəki seyfdən 7500 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiriləri ilə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Möhtəşəm Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.


❗️ Oğurluq

Nərimanov rayonunda şirkətlərdən birinin anbarından 20.000 manat dəyərində elektrik və inşaat materiallarının qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Şahin Həsənov saxlanılıb. Araşdırma aparılır.


Bu gün saat 12 radələrində Ucar Rayon Polis Şöbəsinə rayonunun Təzə Şilyan kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Bu zaman yanğının baş verdiyi evdə bir nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması müəyyən edilib və hadisə yerinə gələn post-patrul xidməti bölüyünün əməkdaşı, polis serjantı Səfər Səfərli həmin şəxsi xilas etmək üçün yanğın baş verən evə daxil olub.
Polis əməkdaşının operativ müdaxiləsi nəticəsində vətəndaşın həyatı xilas edilib və o, xidməti avtomobillə Ucar rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Evdə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının səyi nəticəsində söndürülüb və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırmalar aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir