DİN-in mətbuat xidmətinin məlumatı

0

Noyabrın 17-də gecə saatlarında Lənkəran rayonu ərazisində Cəlilabad rayon sakini , 2003-cü il təvəllüdlü Tosif Nəsirovun ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.
Araşdırmalarla Lənkəran şəhər sakini, 1992-ci il Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tosid Nəsirova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib.
Araşdırmalar davam etdirirlir.

Bakı-Sumqayıt şosesində sürücünün sərnişinə xəsarət yetirməsi ilə nəticələnən görüntülər araşdırılıb. DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, əməli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. İlkin araşdırmalarla T.Rəhimovun 1988-ci il təvəllüdlü Ə.Vəliyevi şəxsi münasibətlər zəmnində bıçaqla xəsarət yetirdiyi məlum olub. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir